“AzərEnerji”dən Suqovuşanla bağlı maraqlı paylaşım - Real döyüş kadrları - VİDEO

“AzərEnerji” ASC rəsmi sosial şəbəkə səhifələri Suqovuşanın işğaldan azad edilməsinin 2-ci il dönümü günü maraqlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, görüntülərdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdən real kadrlar, dağıdılmış və istismar edilmiş su elektrik stansiyasının müharibədən sonra tamamilə yenidən qurulması, Ali Baş Komandanın Suqovuşanla bağlı çıxışları ardıcıllıqla əks olunub.
Qeyd edək ki, ötən il oktyabrın 3-də, Suqovuşanın işğaldan azad edilməsinin birinci ildönümündə, Prezident İlham Əliyevin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...