13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Oğuz rayonunun Malıx kəndində məskunlaşma ötən əsrin əvvəllərindən başlayıb.

Rayon mərkəzindən 22, Oğuz-Şəki avtomobil yolundan isə 11 km məsafədə yerləşən Malıxda rayonun Baş Daşağıl kəndindən təsərrüfat üçün köçüb gələn kənd sakinləri yaşayırlar.

200 nəfərə yaxın sakini olan kəndə sonuncu dəfə rabitə xətti sovetlər dönəmində çəkilib. Dörd-beş il öncə isə bu xətlər ləğv olunaraq hava xətti ilə əvəzlənib. Hazırda həmin xətlərin də işləməməsi Malıxda yaşayan 40 ailəni telefon və internetdən məhrum edib.

Yaşayış məntəqəsində rabitə xətlərinin nə zaman bərpa olunacağı ilə əlaqədar Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndə yeni rabitə xətlərinin çəkilişi ilə bağlı məsələ qaldırılıb və vəsait ayrıldıqdan sonra problem həllini tapacaq.

BAKU.WS
VİDEO