13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllənərək öldürülən "qanuni oğru" Rövşən Lənkəranskinin internetdə az yayılan fotoları ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, paylaşılan görüntülərdə "Qanuni oğru"nun dostlarının və yaxınlarının ətrafında olduğu əks olunur. 
 
Qeyd edək ki, ötən gecə İstanbulda bir oteldən çıxan azərbaycanlı "qanuni oğru" və adamları avtomobilə minərkən silahlı hücuma məruz qalıb. Lüks bir cipə minərkən odlu silahdan açılan atəş nəticəsində yaralanan Rövşən Lənkəranski dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, "qanuni oğru"nun cənazəsi Azərbaycana gətirilib. Hazırda Lənkəran şəhərində "qanuni oğru"nun dəfninə ciddi hazırlıq gedir. 
 
Nazim Babayev
BAKU.WS