Heç bir qadın "20 Yanvar"da dayanıb, “ Xırdalana 1 manata ” deməz - VİDEO

Heç bir qadın 20 Yanvarda dayanıb, “ Xırdalana 1 manata ” deməz - VİDEO
Video
Video 159

Heç bir qadın “20 Yanvar”da dayanıb, “Xırdalana 1 manata” deməz.

BAKU.WS xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qəhərəmanı taksi sürücüsü Nuranə Kərimova deyib.

10 ildir sürücülük edən Nuranə xanım çətin olsa da, bunun öhdəsindən gəldiyini qeyd edib.

Bu işlə 2 övlad böyütdüyünü deyən sürücünün ən böyük arzusu şəxsi avtomobilinin olmasıdır. Lakin hazırkı qazancı ilə bunun mümkün olmadığını deyir.

O, yolda başına gələnlərdən danışarkən qəzada yaralanan iki gəncin həyatını xilas etməsindən də bəhs edib:

“Onları xəstəxanaya çatdıranda həkim dedi ki, 15 dəqiqə də gec gəlsəniz, ölərdilər. İki gəncin həyatını qurtardım. Üstəlik, özüm də qan verdim və şəkər xəstəsi olduğum üçün bir gün komada qaldım”.

Son xəbərlər