Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib
26
mar
2026
23:05
Yaponiyanın şimal-şərqində 6,5 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:18-də (Bakı vaxtı ilə 18:18-də) Morioka şəhərindən (İvate prefekturası, Honşu adası) 173 km şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib. Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan edilməyib.
Oxşar xəbərlər
Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb
İran ətrafında vəziyyətin gərginləşməsindən bəri Meksikada avtomobil yanacağının qiymətləri davamlı artım nümayiş etdirir. BAKU.WS "Report"a istinadən xəbər ver...