"Apple" Britaniyada istifadəçilərin yaşının yoxlanılmasına başlayıb
"Apple" şirkəti Böyük Britaniyada qadcet istifadəçiləri üçün yaşın təsdiqi ilə bağlı yeni tələblər tətbiq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, istifadəçilər müəyyən xidmət və funksiyalardan istifadə etmək və ya hesablarında bəzi əməliyyatları həyata keçirmək üçün 18 yaşdan yuxarı olduqlarını təsdiqləməli olacaqlar.
Qeyd olunur ki, bu addım Böyük Britaniyanın media sahəsində tənzimləyici qurumu olan "Ofcom" tərəfindən dəstəklənib.
Qurum bu tədbirləri "uşaqlar və ailələr üçün real qələbə" adlandırıb və vurğulayıb ki, yaş yoxlamasının müxtəlif platformalarda tətbiqi üçün "Apple" və digər xidmətlərlə sıx əməkdaşlıq edilib.
Bundan əlavə bildirilir ki, yaşını təsdiqləməyən yetkin istifadəçilərin hesablarına uşaqlar üçün nəzərdə tutulanlara bənzər veb-məzmun filtrləri tətbiq olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda ilk: Ağdamda dəmiryol avadanlıqları istehsal edilir
Ağdam Sənaye Parkı ölkənin ən iri sənaye zonalarından biri olmaqla yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verir. Sənaye Parkında 31 müəssisə rezident,...