SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə Uşaq Evinin məzunu Günay Vəliyevanın toy mərasimi keçirilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, gəlin şadlıq sarayına uşaq evindən çıxarılıb. Günay Vəliyeva 11 yaşından uşaq evində böyüyüb.

Bu gün isə müəssisə öz məzununu Şəmkir rayonuna gəlin köçürüb. Günay Vəliyeva Tural bəylə ailə həyatı qurub. Toy mərasimində rəsmilər də iştirak edib.

Qeyd edək ki, Günay Vəliyeva Samux rayonunda bir otaqlı evlə təmin edilib.

BAKU.WS
VİDEO

QALEREYA