135 gündür məzarının üstü götürülməyən şəhidimiz (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Rəssamlıq Akademiyasının yetirməsi gənc heykəltaraş 1994-cü il doğumlu Samir Qaçayev aprel döyüşlərində canını Vətən uğrunda qurban verən şəhidlərimizdən biridir.
BAKU.WS-in redaksiyasına göndərilən bir videoda şəhidin məzarının üstünün götürülmədiyi görünür. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşlərdə Azərbaycan ordusunun şəhid olan əsgəri Şamaxının Məlhəm kəndindəki məzarlıqda torpağa verilib. Ancaq həmin gündən bu yana şəhidin məzarının üzəri götürülməyib.
Güman edirik ki, məsələ ictimailəşdikdən sonra aidiyyatı orqanlar lazımi addımlar atacaq.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Aprel döyüşlərində şəhid olan hərbçilərin duyğulandıran görüntüləri (VİDEO)
Aprel döyüşlərində şəhid olan baş leytenant Adil Adilzadə və Qabil Orucəliyevin maraqlı videosu yayılıb. BAKU.WS-in məlumatına görə, Azərbaycan torpaqlarının...