VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda 15 yaşlı məktəbli intihar edib.

BAKU.TV xəbər verir ki, hadisə rayonun Xal-Xal kəndi ərazisində qeydə alınıb.

Ağdam rayon sakini, 2006-cı il təvəllüdlü Aydın İsmayılzadə yaşadığı ferma ərazisindən otuz metr aralıda talvardan özünü asıb. Onun meyitini yaxınları asılı vəziyyətdə aşkar ediblər.

Mərhum ailəsi ilə birlikdə Xal-Xal kəndinə yaxın fermada məskunlaşıb. A.İsmayılzadə evin ikinci övladı olub. Ondan böyük bacısı və balaca qardaşı var.

Ailəsi bildirib ki A.İsmayılzadə heç telefon da işlətməyib. Sosial şəbəkələrdən istifadə etməyib. Yalnız məktəbə gedib və evə gəldikdən sonra atasına təsərrüfat işlərində yardımçı olub.

Qeyd edək ki, 15 yaşlı Aydın İsmayılzadə Oğuz rayon qəbiristanlığında torpağa tapşırılıb. Baş verən intihar hadisəsi ilə bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başladılıb, araşdırma aparılır.

BAKU.WS
VİDEO