Gəncədə çəkilən bu görüntü Türkiyədə “İlin media fotosu” seçilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə “İlin media fotosu” seçilib.
BAKU.WS-in məlumatına görə, sözügedən fotonu “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım çəkib. Bu foto Türkiyədə “İlin media fotosu” nominasiyasının qalibi olub.
Fotoda qadının raket atəşi nəticəsində yaxınının ölüm xəbərini alması anı əks olunub.
Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.
Oxşar xəbərlər
İlham Əliyev Aydın Kərimovu qəbul etdi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar video...