Gəncədə çəkilən bu görüntü Türkiyədə “İlin media fotosu” seçilib - VİDEO

Gəncədə çəkilən bu görüntü Türkiyədə “İlin media fotosu” seçilib - VİDEO
Video
Video 731

Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə “İlin media fotosu” seçilib.

BAKU.WS-in məlumatına görə, sözügedən fotonu “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım çəkib. Bu foto Türkiyədə “İlin media fotosu” nominasiyasının qalibi olub.

Fotoda qadının raket atəşi nəticəsində yaxınının ölüm xəbərini alması anı əks olunub.

Bundan başqa, onun İkinci Qarabağ müharibəsi zamanı çəkdiyi fotolar fotoreportaj kateqoriyasında “İlin fotoreportajı ikincisi”, Şuşanın işğaldan azad olunmasından sonra insanların keçirdiyi sevinc hisslərinin əks olunduğu foto isə “Xarici türklər özəl mükafatı”na layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər