"Zirə" tarixində ilk dəfə ardıcıl iki medala sahib olub

Zirə tarixində ilk dəfə ardıcıl iki medala sahib olub
İdman 59

"Zirə" tarixində ilk dəfə ardıcıl iki medala sahib olub.

BAKU.WS Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının daha bir mükafatçısı bəlli olub.

"Qarabağ"ın ardından "Zirə" də "üçlük"də yerini təmin edib.

Buna XXXII turun "Turan Tovuz" – "Şamaxı" oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra "Zirə" mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanını itirib.

Bu, "Zirə"nin Azərbaycan çempionatlarında 4-cü mükafatıdır. Komanda 2015/2016 və 2024/2025 mövsümlərində gümüş, 2022/2023 mövsümündə isə bürünc medalların sahibi olub.

Son xəbərlər