"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XXVI turunda "Zirə" doğma meydanda "Səbail"lə qarşılaşıb.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Gərgin keçən matçda "Səbail"in futbolçusu Suleyman Alluş 73-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib. Görüşün taleyini həll edən qol isə matçın əlavə olunmuş vaxtında, 90+6-cı dəqiqədə vurulub - Ruan Renato komandası üçün qiymətli qələbəni təmin edib.
Bu qələbə sayəsində aktivində 51 xal toplayan "Zirə" turnir cədvəlində ikinci pillədə möhkəmlənib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu pillədə qalmaqdadır.
Turun digər qarşılaşmasında "Şamaxı" öz meydanında "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Turun ilk oyununda isə "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...