"Zirə" 2800, "Qarabağ" 2400 manat ziyana düşüb

Zirə 2800, Qarabağ 2400 manat ziyana düşüb
İdman 30

AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib.

BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandalar arasında keçirilmiş Premyer Liqanın XXXI tur oyununda baş verən hadisələr olub.

Ağdam təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat ödəyəcək. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün "köhlən atlar" əlavə olaraq 1600 manat da ziyana düşüb.

"Zirə" görüşdən sonra “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə 800 manat, İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə isə 2000 manat məbləğində cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər