“Zirə” Avropa Liqasına qələbə ilə başladı - VIDEO

“Zirə” Avropa Liqasına qələbə ilə başladı - VIDEO
İdman 2140
 

Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.

İlk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub. Avrokuboklarda debüt edən "Zirə” Lüksemburqun "Differdanj” komandasını qəbul edib.

Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.

Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 6-da Lüksemburqda keçiriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Günün matçlarını yayımlayacaq kanallar

Günün matçlarını yayımlayacaq kanallar

Bu gün futbol meydanlarında bir sıra qarşılaşmalar keçiriləcək. BAKU.WS goal.az-a istinadən sizi canlı yayımlanacaq matçların siyahısı ilə tanış edir: DÇ-2018...

1590 İdman 14:00 10 iyun 2017

Son xəbərlər