Zidan Benzema haqqında: "Meydanda nə etmək lazım olduğunu..."

Zidan Benzema haqqında: Meydanda nə etmək lazım olduğunu...
İdman 62

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "kral klubu"ndan Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a transfer olan Kərim Benzema haqqında danışıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Telefoot" məlumat verib.

"Benzemanın baş məşqçisi olmaq mənim üçün böyük şərəf idi. O, başqaları ilə asanlıqla dil tapa bilən oyunçudur. Həm də meydanda nə etmək lazım olduğunu mükəmməl şəkildə bilir", - Zidan deyib.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"in baş məşqçisi postunu tutub.

Mütəxəssis 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsizdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər