Kərim Benzema “Əl-İttihad”la müqavilə imzaladı

Kərim Benzema uzunmüddətli "Real Madrid" macərasına rəsmən son qoyub. La Liqa nəhəngindən ayrılan Kərim Benzemanın yeni ünvanı bəlli olub.
BAKU.WS xəbər verir ki, Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə 2+1 illik müqavilə imzalayıb.
İddialara görə, “Əl-İttihad” Kərim Benzemaya 2 illik 200 milyon avro təklif edib. Üstəlik bu maaşa vergi xərcləri daxil deyil.
Qeyd edək ki, "Real Madrid"də 14 illik karyerasında 648 oyun keçirən Benzema 354 qol vurub, 165 məhsuldar ötürmə edib.
Fransız forvard 2009-2010-cu il mövsümündə 35 milyon avroya "Lion"dan "Real"a keçib.
Oxşar xəbərlər
Benzemanın yeni klubu bəlli oldu - Ronaldo ilə…
“Real-Madrid”in fransız ulduzu Kərim Benzema gələcək taleyi ilə bağlı qərar verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu yoluna Səudiyyə Ərəbi...
