Zabit Səmədovun xalqı ilə görüşündə böyük izdiham (VİDEO, FOTO)

Zabit Səmədovun xalqı ilə görüşündə böyük izdiham (VİDEO, FOTO)
Video
İdman 6248

 

BAKU.WS saytının təşkilatçılığı ilə Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun xalqı ilə görüşü baş tutub. 

BAKU.WS-in məlumatına görə, Azərbaycanı dünyada layiqincə təmsil edən Zabit idmansevərlərlə bir araya gəlib. Yüzlərlə insanın maraq göstərdiyi görüşü işıqlandırmaq üçün çox sayda media qrumu tədbirdə iştirak edib. Tədbirin aparıcısı Murad Arif olub. 

Zabit Səmədov ilk əvvəl jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı İlham Əliyevlə görüşündən danışan idmançı böyük fəxr hissi duyduğunu bildirib. Daha sonra karyerası, son qələbəsi və Bakıya səfərindən danışıb. 

Görüşdən sonra sevənləri ilə şəkil çəkdirmək istəyən Zabit insanların coşqusu ilə qarşılaşıb. Mühafizə əməkdaşlarının köməkliyi ilə vətəndaşlarla şəkil çəkdirib onlara avtoqraf verən idmançı tədbirə gələn hər kəsə təşəkkür edib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər