Yusuf Yazıcı karyerasını bu klubda davam etdirəcək
Türkiyə millisinin yarımmüdafiəçisi Yusuf Yazıcı gələcəyi ilə bağlı qərar verib.
BAKU.WS Yunanıstanın "Sport24" nəşrinə istinadən xəbər verir ki, türk futbolçu karyerasını "Olimpiakos"da davam etdirəcək.
Daha əvvəl Yazıçı ilə Moskvanın ÇSKA-sının və Türkiyənin "Qalatasaray" klublarının maraqlandığı bildirilirdi. 2023/2024 mövsümünün sonunda futbolçunun Fransa "Lill"i ilə müqaviləsi başa çatıb.
Xatırladaq ki, Yusuf 2022-ci ilin yanvarından 6 aylıq icarə əsasında ÇSKA-da çıxış edib. Türkiyəli futbolçu bütün turnirlərdə ordu komandasının heyətində 12 matçda iştirak edib, 8 qol vurub, iki məhsuldar ötürmə edib. Bundan sonra o, Lillə qayıdıb.
Yazıçı ötən mövsüm Fransa yığmasının heyətində bütün rəsmi turnirlərdə 42 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Beşiktaş"da bir nömrəli şəxs istefa verdi
Türkiyə Trendyol Süper Liqasında "Göztəpə" klubuna 2:4 hesabı ilə məğlub olan "Beşiktaş" klubunda ciddi dəyişikliklər yaşanır. BAKU.WS HEBERLER.COM-a istinadən...