Yüksək Liqa: "Abşeron" və "Azərreyl" yarımfinala qələbə ilə başlayıblar

Yüksək Liqa: Abşeron və Azərreyl yarımfinala qələbə ilə başlayıblar
İdman 52

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.

"Report"un məlumatına görə, yarımfinalın ilk oyunlarında "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşıb. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunub.

Birincilərin duelində nominal meydan sahibləri 3:1 (27:29, 25:18, 19:25, 18:25) hesablı qələbə qazanıblar. "Azərreyl" - UNEC oyununda isə "dəmiryolçular" quru hesabla qalib gəliblər - 3:0 (25:7, 25:14, 25:17).

Qeyd edək ki, yarımfinal mərhələsi iki, final isə üç qələbəyə kimi oynanılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər