Yüksək Liqa: "Azərreyl" və "Murov" qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk görüşü "Abşeron" və "Azərreyl" komandaları arasında baş tutub.
Turnir cədvəlinin lideri “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron” klubuna 0:3 hesabı ilə məğlub olan Eldar Yusubovun baş məşqçi olduğu komanda bu matçda qələbəyə sevinib - 3:1 (25:16, 25:21, 18:25, 25:22).
Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv turu qələbə ilə başa vurub - 3:0 (25:18, 25:8, 25:10)
Beləliklə, VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İkinci sıradakə “Abşeron”un 15, üçüncü yerdəki “Murov”un 13 xalı var. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"...