Yeddiqat dünya çempionu nokautla öldürüldü - ANBAAN VİDEO
Taylandın Ranqsit şəhərində keçirilən yarışda 49 yaşlı yeddiqat dünya çemopionu, italiyalı boksçu Kristian Daqio taylandlı həmkarı Don Parueanq ilə qarşılaşmada aldığı zərbələrdən ölüb.
BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, hadisə Dünya Boks Şurasının (WBC) təşkil etdiyi yarışda baş verib.
Kristian Daqio aldığı ikinci zərbədən sonra huşunu itirib və yerə yıxılıb. İdmançı xəstəxanaya çatdırılıb.
Kəllə-beyin travması alan boksçu bir neçə gün komada qaldıqdan sonra ölüb.
İdmançının qardaşı mətbuata açıqlamasında bildirib ki, o, ölmək istədiyi kimi ölüb.
"O, ölmək istədiyi kimi öldü, belə bir şey olduğu üçün peşman deyiləm. O, səksən yaşına qədər döyüşmək istədiyini söyləyirdi, halqa onun həyatı idi və çempion olaraq öldü”.
BAKU.WSOxşar xəbərlər
Fariz Məmmədov erməni boksçu ilə rinqdə qarşılaşacaq - İRƏVANDA (VİDEO)
Azərbaycanın peşəkar boks tarixində ilk dəfə olaraq WBF (Worrld Boxing Federation) və WBCA versiyalarında dünya çempionu olan həmyerlimiz Fariz Məmmədov erməni...