Azərbaycanda idmançı yarışda aldığı travmadan öldü (FOTO)
30
okt
2016
10:47
Azərbaycanda idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib.
BAKU.WS "APA”ya istinadən xəbər verir ki, Tərtər şəhər sakini Cəhdi Cəlal Ramil oğlu bu gün dünyasını dəyişib. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.
Yaxınlarının verdiyi xəbərə görə, C.Cəhdi 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda ölüb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı 3 qat dünya çempionu öldü (FOTO)
Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionumuz Zərdüşt Həsrətov dünyasını dəyişib. "Qafqazinfo” xəbər verir ki, 22 yaşlı idma...