"Yanq Boyz" - "Qalatasaray" oyunundan əvvəl gərginlik pik həddə

Yanq Boyz - Qalatasaray oyunundan əvvəl gərginlik pik həddə
İdman 761

UEFA Çempionlar Liqasında "Yanq Boyz"la qarşılaşacaq "Qalatasaray"ın baş məşqçisi Okan Buruk oyunöncəsi mətbuat konfransında maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, o, belə oyunlarda favorit olmadığını deyib.

Barış Alper haqqında danışan Buruk, "Barış dünən məşqə çıxa bilmədi, səhər özünü pis hiss edəndə qərar verdik ki, bu gün dincəlsin. Sabah özünü yaxşı hiss edərsə, matça qədər dəyərləndirəcəyik",-deyə bildirib.

Türkiyəli mütəxəssis daha sonra bunları deyib: "İlk 11-liklə bağlı qərarımızı verməmişik. Hər kəsin performansını gördükdən sonra qərar verəcəyik. Barış indi təyyarədədir, baxacağıq. Davinson bir dezavantajdır. Amma çox vacib oyunçularımız var və onlar fərqli mövqelərdə oynaya bilirlər.

İlk hədəfimiz Çempionlar Liqasına düşməkdir. Oraya çatdıqdan sonra qarşımıza məqsəd qoya bilərik. Hazırda orada hədəf demək düzgün olmazdı. Vacib rəqiblərlə oynayırıq. Fikrimcə, rəqibimiz matçda daha çox motivasiya olacaq".

Kritik mübarizədən əvvəl isveçrəli jurnalist Alain Kunz cütün favoritini açıqlayıb və "Yanq Boyz"un güclü və zəif tərəflərini sadalayıb. Kunzun türkiyəli azarkeşlərlə bağlı dedikləri matçdan əvvəl atmosferi gərginləşdirib. O, oyunun gərgin keçəcəyini dilə gətirib: "Gərgin matç olacaq. "Yanq Boyz" evdə güclü komandadır. Amma ümumilikdə götürdükdə, təbii ki, "Qalatasaray" aşkar favoritdir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər