Xetaq Qazyumov: "Baş məşqçilik dövrümdə 5 lisenziya qazandığımız üçün çox şadam"
Yeniliklərdən dərhal xəbərdar olun
Baş məşqçilik dövrümdə 5 lisenziya qazandığımız üçün çox şadam.
BAKU.WS Report-a istinadən xəər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirindəki nəticələr barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis yarışa qatılan 5 idmançının hər birinin olimpiadaya lisenziya əldə etməsindən məmnun olduğunu söyləyib: “Federasiya prezidentinin və azərkeşlərin etimadını doğrulutduq. Heyətə kimləri qoyduqsa, uğurlu nəticə qazandı, bizi yanıltmadı. Bu da gələcəkdə gənclərimiz üçün üstünlükdür”.
Baş məşqçi üç gündən sonra Qubada təlim-məşq toplanışına başlayacaqlarını sözlərinə əlavə edib. Hazırlığa U-23 yığması da qoşulacaq”.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin heyətində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86) və Georgi Meşvildişvili (125 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.
Oxşar xəbərlər
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB
Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. BAKU.WS Report-a istinadən xəbər verir ki, Bakıda keçirilən Avropa O...