"Xetafe" "İnter"lə oyuna getmir - "Qoy, texniki məğlubiyyət versinlər"

Xetafe İnterlə oyuna getmir - Qoy, texniki məğlubiyyət versinlər
İdman 150

İspaniyanın “Xetafe” klubu Avropa Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk matçı üçün İtaliyaya getməmək qərarına gəlib.

BAKU.WS "Qol.az"a istinadən xəbər verir ki, bunu klub prezidenti Anxel Torres İspaniya mətbuatına açıqlamasında deyib.

O, İtaliyada koronavirus epidemiyasının geniş yayıldığı üçün komandanı riskə atmaq istəmədiyini bildirib. Klub rəhbəri texniki məğlubiyyətə də razıdır:

“Vəziyyət kəskin dəyişməsə, “Xetafe” İtaliyaya getməyəcək. Bununla bağlı UEFA-ya və İspaniya Futbol Federasiyasına müraciət etmişik. Koronavirusun episentrinə getmək istəmirik. Federasiyaya müraciət etmişik ki, bizi cəzadan yayındırsınlar.

Texniki məğlubiyyət versələr də, qoy, versinlər. Mən riskə getməyə hazırlaşmıram. İstəmədiyim yerə getməyəcəyəm. “İnter”in nümayəndələri də oraya getməyimizin yolverilməz olduğunu başa düşdülər”.

Qeyd edək ki, sabah keçirilməsi nəzərdə tutulan “İnter” – “Xetafe” matçının azarkeşsiz oynanılmasına qərar verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər