Xavinin "Barselona"ya baş məşqçi təyin olunacağı vaxt AÇIQLANDI

Xavinin Barselonaya baş məşqçi təyin olunacağı vaxt AÇIQLANDI
İdman 204

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçəcəyi vaxt dəqiqləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.

İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.

Qeyd edək ki, daha əvvəl mətbuatda "Əl Sədd" rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər