Xabi Alonso: "Geridönüş etmək çətin idi"
Yeniliklərdən dərhal xəbərdar olun
Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm.
BAKU.WS xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis matçda geridönüş etməyin asan olmadığını bildirib: "Buna baxmayaraq futbolçular yaxşı çıxış etdilər. Patrik Şikin sonuncu qolu əla idi".
İspaniyalı baş məşqçi komanda ruhunun vacib olduğunu söyləyib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Komandada çoxlu inam və aclıq var".
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-8
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb. Tofiq Bəhramov adına Res...