Volkan Dəmirəl “Hatayspor”dan gedir? - “Fənərbağça” iddialarına cavab

Volkan Dəmirəl “Hatayspor”dan gedir? - “Fənərbağça” iddialarına cavab
İdman 37

"Fənərbağça" ilə adı hallanan Volkan Dəmirəl gələcəyi ilə bağlı suallara aydınlıq gətirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ilk hədəfinin "Hatayspor" olduğunu bildirib.

Dəmirəl "Hatayspor"un və Hatay şəhərinin çətin günlər keçirdiyini və toparlanmağa çalışdıqlarını vurğulayıb:

“Çətin dövrdən keçirik. Bu prosesdə bacardığım qədər “Hatayspor”da çalışıram və bundan sonra da çalışacağam. "Hatayspor" və Hatayın buna ehtiyacı var. Yeganə arzum, tək fikrim “Hatayspor”u simurq quşu kimi (küllərindən yenidən doğulması - red.) həyata qaytarmaq və bölgə xalqının xoşbəxt həyat sürməsini təmin etməkdir.

Son xəbərlər