"Fənərbağça" topa görə futbolçusunu cərimələdi - FOTO

Fənərbağça topa görə futbolçusunu cərimələdi - FOTO
Foto
İdman 133

Türkiyənin "Fənərbağça" klubunun ulduz futbolçularından Serdar Dursun klubu Türkiyə Futbol Federasiyasına şikayət edib.

BAKU.WS Türkiyə mətbuatına istindən xəbər verir ki, hüçumcu İstanbul təmsilçisinin onu haqsız cərimələməsindən narazı olub.

Ancaq federasiya "Fənərbağça"nı haqlı hesab edib. Dursunun apellyasiya şikayəti də təmin edilməyib.

Qeyd edək ki, 31 yaşlı forvard sosial şəbəkə hesabında etdiyi paylaşıma görə klub tərəfindən cəzalandırılıb. Belə ki, o, paylaşımında istifadə etdikləri topdan narazı olduğunu bildirib. Klub bu səbəbdən futbolçusunu 15 min avro (təxminən 300 min lirə) cərimələyib. Futbolçunun etirazı isə intizam qaydasında belə bir bəndin olmaması olub.

Almaniyanın Hamburq şəhərində doğulan Serdar Dursunun "Fənərbağça" ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.

Son xəbərlər