Vitali Borisov: "İlk hədəfimiz bu mərhələni keçməkdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"İlk hədəfimiz turu keçməkdir".
Bunu "Report"a açıqlamasında futzal üzrə "Araz-Naxçıvan" komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki şansları barədə danışarkən deyib.
41 yaşlı mütəxəssis yarışa hazırlıqlarının yaxşı davam etdiyini bildirib: "Tacikistan təmsilçisi “İstiqlol”la iki yoldaşlıq oyunu keçirdik. Taktiki cəhətdən problemlər var idi, amma fiziki cəhətdən yaxşı vəziyyətdəyik".
Gənc baş məşqçi rəqiblər haqqında da danışıb: "Türkiyə çempionu "İstanbul Şişli" barədə məlumat tapmaq çətindir. Almaniya klubu iki gün əvvəl yoldaşlıq matçında Çexiya təmsilçisinə 1:3 hesabı ilə yenilib. Amma onlar da yaxşı kollektivdir. Latviya "Riqa"sında isə bütün zamanların ən yaxşı oyunçularından sayılan Rikardinyo var. Deməli, onlar da pis ola bilməzlər".
Qeyd edək ki, "Araz-Naxçıvan" birinci matçını avqustun 23-də “İstanbul Şişli”yə qarşı keçirəcək. Ölkə çempionu avqustun 24-də “Yan Regensburq”la (Almaniya), iki gün sonra isə "Riqa" ilə üz-üzə gələcək. Oyunlar Latviyada gerçəkləşəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: “Qarabağ” “Rakuv”a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb - YENİLƏNİB
“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib. Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bak...