Vinisusu təhqir edənlərlə bağlı qərar verildi

Vinisusu təhqir edənlərlə bağlı qərar verildi
İdman 49

Məhkəmə "Valensiya" - "Real Madrid" matçında Vinisiusa qarşı irqçi təhqirlər edən 3 azarkeşlə bağlı qərarını verib.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

"Valensiya"nın 3 azarkeşi 8 ay həbs və 2 il futbol stadionlarına girməmək cəzasına məhkum edilib.

Xatırladaq ki, 21 may 2023-cü ildə "Valensiya" ilə "Real Madrid" arasında oynanılan matçda Madrid klubunun braziliyalı futbolçusu Vinisius irqçi şüarların hədəfinə çevrilib.

Azarkeşlər tribunalardan braziliyalı futbolçuya "meymun" deyə səsləniblər. Vinisius bu hadisəyə reaksiya verib və oyun 10 dəqiqə dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər