"Viktoriya"nın Bakıya səfər proqramı açıqlandı

Viktoriyanın Bakıya səfər proqramı açıqlandı
İdman 79

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" Plzen komandasının Bakıya səfər planı bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək.

Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər