Viktor Osimhen karyerasını "Mançester Yunayted"də davam etdirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Mançester Yunayted" hazırda "Napoli"dən icarə əsasında "Qalatasaray"da çıxış edən forvard Viktor Osimheni heyətinə qatmaq istəyir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" "Napoli"yə Osimhen qarşılığında 30 milyon avro və hücumçu Joshua Zirkzeeni təklif edir.
Onun "Napoli" ilə hazırkı müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsi var.
Bildirilir ki, futbolçunun maaşı "Mançester Yunayted" üçün problem yarada bilər, çünki o, hazırda mövsümdə təxminən 11 milyon avro qazanır. Həmçinin, "Napoli"yə yalnız pul lazımdır.
Bu mövsüm Viktor türk klubunun heyətində 9 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...