Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi"

Valdas Dambrauskas: Sabah bu mövsüm mükəmməl mövsüm keçirdi
İdman 58

"Sabah" futbol klubu bu mövsüm mükəmmələ bərabər mövsüm keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Zirə"yə qarşı keçirdikləri Azərbaycan Kubokunun final oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Futbolçularımı mövsüm boyu yaxşı çıxış etdiklərinə görə təbrik edirəm. Demək olar, mükəmmələ bərabər mövsüm keçirdik. 33 oyun məğlubiyyətsizlik seriyamız var idi. Bütün bunlar futbolçuların əməyidir. Çünki onlar əziyyət çəkirlər, məşqlərdə yaxşı işlər görürlər. Futbolçularım uğura ac idilər. Onlar cari mövsüm əla çıxış etdilər".

Qeyd edək ki, "Sabah" - "Zirə" oyunu "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə bitib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər