Valdas Dambrauskas: "Hapoel" yüksək səviyyəli komandadır"

Valdas Dambrauskas: Hapoel yüksək səviyyəli komandadır
Video
İdman 67

"Hapoel" (Beer-Şeva) komandası yüksək səviyyəli kollektivdir.

BAKU.WS xəbər verir ki, bu barədə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas açıqlama verib.

Mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. "Hapoel" yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər