Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, litvalı mütəxəssis bunu "Orhus"a (Danimarka) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Mütəxəssis komandanın böyükhesablı qələbəsini şərh edib:
"Azərbaycanlı futbol azarkeşlərini, futbolçularımı və hər kəsi təbrik edirəm. Oyunçularımla qürur duyuram. Səfərdə məğlub olduqdan sonra nəticə çıxarmışdıq. Cavab matçına daha hazırlıqlı idik. Bu gün kim yaxşı oynasaydı, o da qalib gələcəkdi.
İlk hissədə rəqibin bir qol vurmaq imkanı oldu. Lakin qapıçımız yaxşı çıxış etdi. Bununla belə, əsasən qarşılaşmada üstün olan tərəf biz idik. Biz bu gün qələbəmizi bayram edəcəyik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u iki oyunun nəticəsinə (1:2, 4:0) əsasən məğlub edərək pley-offa vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Avropa Liqasının əsas mərhələsinitəmin edib.
Oxşar xəbərlər
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...