Valdas Dambrauskas: "Biz bu oyunu böyük səbirsizliklə gözləyirik"
"Sabah" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) kollektivi ilə oyunu böyük səbirsizliklə gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, UEFA Çempionlar Liqasının pley-off mərhələsi xüsusi həyəcan doğurur:
"Klubumuz tarixində ilk dəfə bu raundda iştirak edir. Biz bu oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibi bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.
Biz bu yola başlayanda heç vaxt favorit hesab edilməmişik. Həmişə autsayder kimi görünmüşük. Eyni şeyi rəqibimiz haqqında da demək olar. Amma burada oynamağa layiq olduğumuzu sübut etmişik. İndi isə bizi maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşavaq. Sabahkı oyuna hazırıq".
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Ayxan Cavadov dünya çempionatında finala vəsiqə qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-...