“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək
30
may
2024
20:21
İyunun 2-dən 3-dək Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək.
BAKU.WS xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının komandaları 15 yaş kateqoriyasında yarışacaq.
Açılış mərasimi saat 15:00-da başlayacaq. Yarışlara isə 15:30-da və 11:00-dan etibarən start veriləcək.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Bakıda keçirilən beynəlxalq turnirdə 22 medal qazanıblar
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. Bakı Boks Mərkəzində keçirilən yar...