Unai Simon Kasilyasın rekordunu yenilədi

Unai Simon Kasilyasın rekordunu yenilədi
İdman 18

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il futbol üzrə dünya çempionatının yarımfinalında Fransaya qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda qapısını toxunulmaz saxlayaraq rekorda imza atıb.

BAKU.WS xəbər verir ki, bu qarşılaşma Simonun dünya çempionatları tarixində qol buraxmadığı səkkizinci oyun olub. Bununla da o, İspaniya millisinin əfsanəvi qapıçısı İker Kasilyası geridə qoyub. Kasilyas dünya çempionatlarında yeddi "quru oyun" keçirmişdi.

Qeyd edək ki, Kasilyas bu göstəriciyə dörd dünya çempionatında çıxış edərək nail olmuşdu. Unai Simon isə rekordunu cəmi ikinci mundialında qazanıb. O, hazırkı turnirdə altı oyunda qapısından top buraxmayıb.

Hazırda 65 dəfə İspaniya millisinin formasını geyinən Simon bu oyunlarda 49 top buraxıb və 30 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.

İspaniya millisi dünya çempionatının finalında Argentina – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər