Ülvi Babayev milli komanda ilə bağlı qərarını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Dinamo Moskva" klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev azərbaycanlı köklərinə baxmayaraq, Rusiya millisində oynamaq istədiyini deyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi özü bildirib:
"Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə müraciət etmədi. Mənim Rusiya millisində öz məqsədlərim və vəzifələrim var".
Qeyd edək ki, Ülvi Babayev bu yaxınlarda Rusiyanın U-21 komandasında debüt edib. Rusiya millisi ilə iki oyuna çıxan Babayev iki dəfə də fərqlənib. O, həmçinin Rusiyanın U-15 və U-16 yığmalarında oynayıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...