UEFA "Sabah" - "Orhus" oyununun hakimlərini dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Orhus" cavab oyununun hakim təyinatında dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, daha əvvəl qarşılaşmanı idarə etməsi planlaşdırılan portuqaliyalı Joao Pineyronun rəhbərlik etdiyi hakimlər briqadasının əvəzinə fransalı Villi Delajo təyin olunub.
Ona yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim Erik Vattellier olacaq. VAR sisteminə Bastien Deşepi, AVAR-a isə Nikolya Rainvill cavabdehlik edəcək.
Qeyd edək ki, "Sabah" - "Orhus" görüşü avqustun 11-də "Bank Respublika Arena"da baş tutacaq. Tərəflər arasında Danimarkada keçirilən ilk oyunda "Orhus" 2:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...