UEFA Rusiyaya təzminat ödəyib
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə matçın hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.
O, Avropa futbol qurumundan xərclərə görə kompensasiya alındığını bildirib. Sorokin təzminatın bütün podratçılara ödəndiyini vurğulayıb.
Qeyd edək ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Fransadanın paytaxtı "Stad de Frans"dakı görüşdə İspaniyanın "Real Madrid" komandası İngiltərə "Liverpul"unu məğlub edib - 1:0.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...