UEFA "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım etdi - VİDEO

UEFA Qarabağın qapıçısı ilə bağlı paylaşım etdi - VİDEO
Video
İdman 416

UEFA "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Konfrans Liqasının rəsmi tvitter səhifəsində 27 yaşlı qolkiperin Qazaxıstanda "Kayrat"a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, pley-offa vəsiqəni təmin etmiş "köhlən atlar" H qrupundakı növbəti matçını noyabrın 25-də Bakıda Kipr "Omoniya"sına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər