UEFA Konfrans Liqasında “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor”un potensial rəqibləri bəlli olub

UEFA Konfrans Liqasında “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor”un potensial rəqibləri bəlli olub
İdman 60

Türkiyəni UEFA Konfrans Liqasında təmsil edən “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor”un II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

BAKU.WS xəbər verir ki, "Beşiktaş" bu mərhələdə "Tirana" (Albaniya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün, "Fənərbağça" "Fiorita" (San-Marino) - “Zimbru” (Moldova) duelinin qalibi ilə, "Adana Demirspor" isə Rumıniya komandası ÇFR-lə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək. Turnirlərdə 3-cü təsnifat mərhələsinin püşkü iyulun 24-də, pley-off mərhələsinin püşkü isə avqustun 7-də atılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər