"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

Qarabağ UEFA Konfrans Liqasında mübarizəni dayandırdı
İdman 375

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

59-cu dəqiqədə "Qarabağ"ın heyətində Kadi Borges fərqlənərək hesabı açıb. "Tvente" 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Brüns qonaqların ikinci qolunu vurub.

Niderlandda keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyindən qarşılaşmada əlavə vaxta ehtiyac yaranıb.

94-cü dəqiqədə Vaut Veqhorst "Tvente"nin daha bir qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq "Qarabağ"ı azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 1:4-ə çatdırıb.

Beləliklə, iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gələn "Tvente" növbəti mərhələyə yüksəlib.

Ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın bu uğurlu seriyası isə başa çatıb.

***22:42

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.

BAKU.WS xəbər verir ki,, qonaqlar hesab arasındakı fərqi daha da artırıblar - 1:4.

Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.

***22:20

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasında keçirilən qarşılaşmada daha bir qol vurulub.

BAKU.WS xəbər verir ki,, qonaqlar 94-cü dəqiqədə fərqlənərək hesab arasındakı fərqi artırıblar - 1:3.

"Tvente"nin heyətində Vaut Veqhorst dəqiq zərbə ilə fərqlənib.

***22:04

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab dəyişib.

BAKU.WS xəbər verir ki,, oyuna əlavə olunmuş ikinci dəqiqədə "Tvente" daha bir qol vuraraq hesabı 1:2 edib.

***21:52

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasındakı qarşılaşmada hesab bərabərləşib.

BAKU.WS xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıblar.

***21:31

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab açılıb.

BAKU.WS xəbər verir ki, Kadi Borges 59-cu dəqiqədə hesabı açır. Ümumi hesab isə 2:0 təmsilçimizin xeyrinədir.

***20:15

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşması başlayıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.

***20:00

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşmasının başlama saatı dəyişdirilib.

BAKU.WS xəbər verir ki, buna səbəb Bakıda hökm sürən əlverişsiz hava şəraitidir.

Məlumata görə, qarşılaşmanın startı 15 dəqiqə gecikdirilib. Beləliklə, oyun saat 20:15-də başlayacaq.

***18:55

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;

Baş məşqçi: Qurban Qurbanov.

"Tvente": Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;

Baş məşqçi: Con van den Brom.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər