UEFA Konfrans Liqası: Bu gün "Sabah" və "Sumqayıt"ın rəqibləri bəlli olacaq

UEFA Konfrans Liqası: Bu gün Sabah və Sumqayıtın rəqibləri bəlli olacaq
İdman 26

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bu gün bəlli olacaq.

BAKU.WS xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.

Son xəbərlər