UEFA Çempionlar Liqası: Bütün 1/8 finalçılar müəyyənləşib

UEFA Çempionlar Liqası: Bütün 1/8 finalçılar müəyyənləşib
İdman 152

Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinin cavab oyunları başa çatıb və 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.

BAKU.WS xəbər verir ki, İtaliyada keçirilən qarşılaşmada "Atalanta" Almaniyanın "Borussiya Dortmund" komandasını 4:1 hesabı ilə məğlub edib.

Turinin "Yuventus" klubu öz meydanında İstanbulun "Qalatasaray" komandasını 3:2 hesabı ilə məğlub etsə də, ilk oyundakı 2:5 hesablı məğlubiyyət səbəbindən mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

"Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) 4:1 / İlk oyun - 0:2

PSJ (Fransa) - "Monako" (Fransa) 2:2 / İlk oyun - 3:2

"Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) 3:2 / İlk oyun - 2:5

"Real" (İspaniya) - "Benfika" (Portuqaliya) 2:1 / İlk oyun - 1:0

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Atletiko" (İspaniya), "Bayer 04" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.

Bundan əvvəl turnirin ümumi mərhələsinin nəticələrinə əsasən, "Arsenal", "Bavariya", "Liverpul", "Tottenhem", "Barselona", "Çelsi", "Sportinq" və "Mançester Siti" birbaşa 1/8 finala çıxmışdı.

Oxşar xəbərlər

Son xəbərlər