UEFA Çempionlar Liqası: "Barselona" qalib gəldi, "Mançester Siti" yenə uduzdu
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulub.
İspaniyanın "Barselona" komandası Almaniyada "Borussiya"nı 3:2 hesabı ilə yenib.
"Mançester Siti" (İngiltərə) İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun qarşılaşmalarının nəticələri belədir:
"Atletiko" (İspaniya) - "Slovan" (Slovakiya) - 3:1
"Lill" (Fransa) - "Şturm" (Avstriya) - 3:2
"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) - 2:3
"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 2:0
"Benfika" (Portuqaliya) - "Bolonya" (İtaliya) - 0:0
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa) - 3:0
"Milan" (İtaliya) - "Srvena Zvezda" (Serbiya) - 2:1
"Feyenoord" (Niderland) - "Sparta" (Çexiya) - 4:2
"Ştutqart" (Almaniya) - "Yanq Boys" (İsveçrə) - 5:1
Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib. BAKU.WS xəbər verir ki, Stavanger şəhərində b...