UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
03
dek
2020
22:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.
"Report" xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.
Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.
Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilir.
Oxşar xəbərlər
Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi
Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib. BAKU.WS-in məlumatına görə, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcra...